“Roland Garros”: Qadın tennisçilərin yarışında finalçılar müəyyənləşib
Bakı, 7 iyun, Nicat Məmmədov, AZƏRTAC
“Böyük dəbilqə” seriyasından olan “Roland Garros” turnirində qadın tennisçilərin yarışında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarımfinal qarşılaşmasında ingiltərəli Cohana Konta çexiyalı Marketa Vondrouşova ilə üz-üzə gəlib. Bir saat 45 dəqiqə davam edən görüşdə çexiyalı tennisçi inamlı qələbə qazanıb - 2:0 (7:5, 7:6).
Yarımfinal mərhələsinin digər görüşü avstraliyalı Eşli Barti ilə ABŞ təmsilçisi Amanda Anisimova arasında oynanılıb. Gərgin keçən qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. Eşli Barti 2:1 (6:7, 6:3, 6:3) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Fransa açıq çempionatına iyunun 9-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 42,66 milyon ABŞ dollarıdır.