Roland Garros turnirinin dörd dörddəbir final qarşılaşması təxirə salınıb
Bakı, 5 iyun, AZƏRTAC
“Böyük dəbilqə” seriyasından olan Roland Garros turnirinin bu gün keçirilməli olan dörd dörddəbir final qarşılaşması yağış səbəbindən təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə tennis üzrə Fransa açıq çempionatının (Roland Garros) mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, tamaşaçılar bilet pulunu geri ala, yaxud stadionlara sabah gələ bilərlər.
İyunun 6-da həm kişilər, həm də qadınlar arasında iki qarşılaşma baş tutacaq. Əvvəlcə korta qadınlar - amerikalı Medison Kiz və avstraliyalı Eşli Barti çıxacaq, rumıniyalı Simona Halep isə ABŞ tennisçisi Amanda Anisimova ilə qarşılaşacaq.
Sonra Novak Cokovic (Serbiya)-Aleksandr Zveryev (Almaniya) və Karen Xaçanov (Rusiya)-Dominik Tim (Avstriya) matçları start götürəcək.
Fransa açıq çempionatı iyunun 9-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 42,66 milyon ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]