Roma Papası Qəzzada atəşkəsin vacibliyini vurğulayıb
Vatikan, 15 avqust, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Qəzzada atəşkəsin və Yaxın Şərqdə tez bir zamanda sülhün əldə olunmasının vacibliyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, pontifik Qəzzadakı çox ciddi humanitar vəziyyəti narahatlıqla izlədiyini bildirib.
“Bütün tərəflərin atəşi dayandırmasını, girovların azad edilməsini, əziyyət çəkən və taqətdən düşmüş insanlara kömək göstərilməsini tələb edirəm. Hər kəsi münaqişənin genişlənməsinin qarşısını almaq üçün səy göstərməyə və bu faciəyə ən qısa zamanda son qoymaq üçün danışıqlar yolu ilə addım atmağa çağırıram. Unutmayaq ki, hər müharibə məğlubiyyətdir”, - deyə Roma Papası vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]