Roma Papası VIII Qlobal Bakı Forumuna müraciət ünvanlayıb
Bakı, 4 noyabr, AZƏRTAC
VIII Qlobal Bakı Forumunun keçirilməsi Nizami Gəncəvinin 880-ci ildönümünə təsadüf edir. Bilirik ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bu, bizim regionumuzda birliyin rəmzidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Roma Papası Fransiskin VIII Qlobal Bakı Forumuna ünvanlanmış müraciətində yer alıb.
Müraciətdə, həmçinin deyilir: “Bilirik ki, bu tədbir çərçivəsində COVID-19-la bağlı məsələləri müzakirə edəcəksiniz və ən təxirəsalınmaz suallara cavab axtaracaqsınız. Bu tədbirlərin keçirilməsi icmalar arasında daha çox anlaşmaya, öhdəliklərə daha məsuliyyətlə yanaşmağa, əməkdaşlığın, dialoqun və qarşılıqlı hörmətin dərinləşməsinə imkan yaradacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]