ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ
Zati-müqəddəsləri,
Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq, insanlar arasında qarşılıqlı anlaşma, həmrəylik və humanizm ideallarının təntənəsi naminə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 aprel 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [19:08]