RONALDİNYO İDMAN, İNKİŞAF VƏ SÜLH MƏSƏLƏLƏRİ ÜZRƏ BMT-NİN XOŞMƏRAMLI SƏFİRİ TƏYİN EDİLMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bütün dünyada məşhur olan Braziliya futbolçusu Ronaldinyo BMT-nin xoşməramlı səfiri təyin edilmişdir. O, BMT-nin idman, inkişaf və sülh məsələləri üzrə rəsmi nümayəndəsi olmuşdur. Avqustun 11-də BMT-də Ronaldinyonun iştirakı ilə keçirilən mətbuat konfransı zamanı məlum olmuşdur ki, yeni xoşməramlı səfirin maaşı ildə 1 dollar təşkil edəcəkdir.
Futbolçu demişdir: “İdman maneələri, sərhədləri olmayan universal dildir. Mənim vəzifəm idmanın arzunu gercəkləşdirməyə qadir olduğunu başa düşməkdə gənclərə kömək etməkdən ibarətdir”.
BMT-nin xoşməramlı səfiri kimi Ronaldinyo ilk missiyası zamanı gənc liderlərə oktyabra nəzərdə tutulmuş qlobal zirvə görüşünün hazırlanmasına kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]