Ronaldu və Mourinyo futbolda ən çox nifrət edilən şəxslərin siyahısına düşüb
Bakı, 19 yanvar, AZƏRTAC
Nüfuzlu “FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən şəxslərin reytinqini dərc edib.
AZƏRTAC xəbər verir ki, siyahıya İngiltərənin “Mançester Siti” komandasının sabiq yarımmüdafiəçisi Coy Barton başçılıq edir. O, həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkətlərinə yol verdiyi üçün ilk pilləyə “layiq görülüb”.
İkinci yerdə FIFA-nın keçmiş prezidenti Yozef Blatter qərarlaşıb. Funksionerin rəhbərliyi dövründə ali futbol qurumunda ən böyük korrupsiya qalmaqalı yaşanıb. İlk “üçlüy”ü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.
Qeyd edək ki, ilk “onluğ”a Kriştianu Ronaldu, Luis Suares və “Roma”nın keçmiş baş məşqçisi Joze Mourinyo da daxil edilib.
“FourFourTwo” nəşrinə görə futbolda ən çox nifrət edilən 10 şəxs aşağıdakılardır:
1. Coy Barton
2. Yozef Blatter
3. Harald Şumaxer
4. Mişel Platini
5. El-Haci Diuf
6. Con Terri
7. Kriştianu Ronaldu
8. Luis Suares
9. Pit Vinkelman
10. Joze Mourinyo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]