Rouz Qotemöller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir və NATO-nun səylərini dəstəkləyir. NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində NATO baş katibinin müavini xanım Rouz Qotemöller deyib.
Baş katibin müavini bu il iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünün önəmini qeyd edib.
Rouz Qotemöller Azərbaycanın NATO ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına töhfə verir. "Biz bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir", - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]