Rumıniya Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktını pisləyir
Bakı, 27 yanvar, AZƏRTAC
Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktından dərin kədər hissi keçirir və bu qəbuledilməz hərəkəti qəti şəkildə pisləyir.
AZƏRTAC xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tviter sosial şəbəkəsində yazıb. O bildirib ki, terror aktının təşkilatçıları məsuliyyətə cəlb edilməlidir. “Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə Rumıniyanın xarici işlər naziri qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]