Rumıniya portalı: Parlament seçkiləri Azərbaycanda demokratik sistemin daha da güclənməsinə töhfə verəcək
Buxarest, 7 fevral, AZƏRTAC
Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, yazıda seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədlərə bütün lazımi şəraitin yaradıldığı vurğulanır.
Müəllif bu seçki prosesinin ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə, demokratik sistemin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırır.
Məqalədə, həmçinin seçkiləri izləmək üçün çox sayda yerli və xarici müşahidəçinin akkreditasiyadan keçdiyi vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]