Rumıniya qəzeti AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb
Buxarest, 20 yanvar, AZƏRTAC
Rumıniyanın nüfuzlu “Ultima ora” (Son saat) qəzeti AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “20 Yanvar - Azərbaycan xalqının matəm günü” sərlövhəli məqaləsini yayıb.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilir, öz konstitusiya hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin - azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır.
Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]