RUMINİYADA AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMİ
Azərbaycanın Rumıniyadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, dekabrın 12-də xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir. Mərasimdə səfirliyin əməkdaşları, Buxarestdəki müsəlman məscidinin imamı, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası idarə heyətlərinin üzvləri, Ployeşt Neft-Qaz Universitetinin rektoru, diplomatik korpusun, türk icmasının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan həmvətənlərimiz iştirak etmişlər. Onlar Heydər Əliyevin Buxarest şəhərinin mərkəzində yerləşən “8 May” parkında ucaldılmış büstünu ziyarət etmiş, abidənin önünə əklillər qoymuş, ümummilli liderin əziz xatirəsini ehtiramla anmışlar.
Sonra mərasim iştirakçıları Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, tarixi xidmətləri, zəngin dövlətçilik və idarəçilik təcrübəsi, Azərbaycan-Türkiyə-Rumıniya dostluq, əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələr, ulu öndərin uzaqgörən siyasətinin hazırda da uğurla davam etdirilməsi ilə bağlı müxtəllif dillərdə dərc etdirilmiş kitablar və fotoguşə ilə tanış olmuşlar.