RUMINİYANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TRAYAN BESESKUYA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar, layihələr çərçivəsində əməkdaşlığı məmnunluq doğurur. Əminəm ki, dost xalqlarımızın mənafeləri naminə işbirlyimizin daha da dərinləşdirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 noyabr 2008-ci il.