RUSİYA ALMANİYAYA BORCUNU VAXTINDAN ƏVVƏL QAYTARACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 14-də Berlində Rusiyanın Almaniyaya Paris klubu çərçivəsində 8,14 milyard avro məbləğində borcunun vaxtından əvvəl qaytarılması barədə hökumətlərarası saziş imzalanmışdır. Sazişin şərtlərinə uyğun olaraq, Rusiya tərəfi borcun ilk hissəsinin ödənilməsinə dair banklararası maliyyə-tranş əməliyyatını avqustun 21-dək başa çatdırmalıdır.
Sazişi Rusiya tərəfindən maliyyə nazirinin müavini Sergey Storçak, Almaniya tərəfindən isə Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Georq Boomqarden imzalamışdır.
İmzalanma mərasimində səsləndirilmişdir ki, Rusiyanın Paris klubuna üzv olan dövlətlərə təxminən 23 milyard ABŞ dolları məbləğində borcu vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]