Rusiya aztəminatlı ailələrin mənzillə təminatı sahəsində Türkiyə təcrübəsini öyrənəcək
Moskva, 19 sentyabr, AZƏRTAC
Türkiyənin inşaat şirkətləri Rusiya bazarına böyük maraq göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Türkiyənin Ətraf Mühit və Şəhərsalma nazirinin müavini Mehmet Emin Birpınar deyib.
O, Moskvada keçirilən “PROESTATE-2019” XIII Beynəlxalq İnvestisiya Forumunda iştirak edir. Onun sözlərinə görə, türk şirkətləri Rusiyada yaşayış komplekslərinin inşası, infrastruktur layihələrinin reallaşdırılmasında yaxından iştirak edirlər. Qeyd edib ki, Türkiyə və Rusiya inşaat sahəsində qarşılıqlı fəaliyyəti nizamlamaq üçün işçi qrup da yaradacaq.
Rusiya Tikinti və Yaşayış-Kommunal Təsərrüfatı naziri Vladimir Yakuşev Türkiyənin tikinti şirkətlərini “Yaşayış və şəhər mühiti” milli layihəsində iştiraka çağırıb. O bildirib ki, Rusiya tərəfi orta və aşağı təminatlı ailələrin evlə təmin edilməsi sahəsində Türkiyənin təcrübəsi ilə maraqlanır, inşaat sektorunun bu və digər sahələrində təcrübə mübadiləsi aparmağa hazırdır.
Bundan əlavə, Türkiyə şirkətləri “Moskva-Siti” kompleksində 405 metrlik qüllənin inşasına dair tenderdə iştirak edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]