Rusiya Prezidenti ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb
Moskva, 27 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, müşavirədə silahlı qiyamın nəticələri və hazırda yaranmış vəziyyət müzakirə olunub.
V.Putin son bir neçə gündə gördükləri işlərə görə güc strukturlarının rəhbərlərinə təşəkkür edib.
Müşavirədə baş prokuror İqor Krasin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rosqvardiyanın başçısı Viktor Zolotov, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]