Rusiya və Fransa müdafiə nazirləri arasında telefon danışığı olub
Bakı, 4 aprel, AZƏRTAC
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onun fransalı həmkarı Sebastyan Lekornu telefon söhbəti zamanı Ukrayna sülh danışıqlarını və Moskvadakı terror aktını müzakirə ediblər.
AZƏRTAC Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Sebastyan Lekornu “Crocus City Hall” əyləncə mərkəzində törədilən və 144 nəfərin ölümünə səbəb olan terror aktına görə başsağlığı verib. O, Ukrayna və Qərb ölkələrinin hücumda iştirak etmədiyini söyləyib. Şoyqu isə vurğulayıb ki, terror aktı ilə bağlı davam edən təhqiqat bütün tərəflərin öz məsuliyyətlərini üzərinə götürməsini təmin etmək üçün hərtərəfli aparılacaq.
Məlumatda qeyd olunur ki, Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarının müzakirəsi zamanı hər iki müdafiə naziri Rusiyanın iştirakı olmadan Cenevrədə belə bir görüşün keçirilməsinin mənasız olduğunu bildirib.
Yelisey sarayının Ukraynada fransız kontingentinin yerləşdirilməsi ilə bağlı mövqeyinə gəlincə, Şoyqu xəbərdarlıq edib ki, bu cür hərəkətlər Fransanın özü üçün problemlər yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]