Rusiya və İran prezidentləri Qarabağ ətrafındakı məsələni müzakirə ediblər
Moskva, 26 sentyabr, AZƏRTAC
Rusiya və İran prezidentləri “3+3” məşvərətçi bölgə əməkdaşlığı platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya + İran + Türkiyə) işə salınmasını dəstəkləyiblər.
AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə sentyabrın 26-da Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının (İİR) Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan telefon danışığında vurğulanıb.
“Tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması problemini müzakirə ediblər”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Vladimir Putin, həmçinin Seyid İbrahim Rəisiyə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edilir ki, Rusiya və İran prezidentləri “3+3” məşvərətçi bölgə əməkdaşlığı platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya + İran + Türkiyə) işə salınmasında qarşılıqlı şəkildə maraqlı olduqlarını ifadə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:33]
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]