Rusiya və Ukrayna əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsini həyata keçirəcək
Moskva, 17 may, AZƏRTAC
Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların yekunlarına dair bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında Rusiyanın danışıqların nəticələrindən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər əsirlərin “1000-ə 1000” formatında genişmiqyaslı mübadiləsi barədə razılığa gəliblər.
Bundan əlavə, Ukrayna tərəfi dövlət başçıları səviyyəsində görüşün keçirilməsini xahiş edib. Rusiya bu müraciəti nəzərə aldığını bəyan edib.
Medinski onu da qeyd edib ki, Moskva danışıqlar prosesini davam etdirməyə hazırdır. Tərəflər atəşkəsin təmin olunması ilə bağlı, o cümlədən yazılı şəkildə detallı təkliflərini təqdim etmək barədə razılığa gəliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]