Rusiya XİN: NATO Ermənistanı hərbi sənayeyə vəsait yatırmağa çağırır
Moskva, 3 aprel, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası NATO missiyasına çevrilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) mətbuat katibi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, NATO ölkələri öz tələbatlarını nümayiş etdirmək üçün anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar, Rusiya ilə hərbi münaqişəyə hazırlaşmağa çağırırlar, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə (HSK) böyük vəsait yatırırlar.
“Lakin onlar özləri vəsait ayırmırlar, Ermənistanı hərbi-sənaye kompleksinə vəsait yatırmağa çağırırlar”, - deyə diplomat bildirib.
M. Zaxarova Ermənistanda “Mir” kartlarının işinin dayandırılması ilə bağlı suala cavabında bildirib ki, bunun bədəli İrəvan üçün mümkün Qərb məhdudiyyətlərindən daha artıq olacaq.
Rusiya XİN rəsmisinin sözlərinə görə, “Mir” kartlarının istifadəsinə qoyulan qadağa Ermənistan iqtisadiyyatına ciddi zərbə vuracaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]