Rusiyada göyərtəsində 17 nəfər olan An-28 təyyarəsi radarlardan itib
Bakı, 16 iyul, AZƏRTAC
Rusiyanın Tomsk vilayətinin Bakçarsk rayonunda göyərtəsində 17 nəfər olan An-28 təyyarəsi ilə əlaqə kəsilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, FHN-in vilayət baş idarəsindən təyyarədə 14 sərnişin və üç heyət üzvünün olduğunu bildiriblər. İdarə yerli vaxtla saat 13-də (Bakı vaxtı ilə 14:00) Kedrovı-Tomsk marşrutu ilə uçan təyyarənin qəza mayakının işə düşdüyü barədə məlumat alıb.
Uçuşdan qabaq nasazlıq barədə informasiya daxil olmayıb.
An-28 təyyarəsi “Sibir yüngül aviasiya” ASC-yə məxsusdur. Aviakompaniya təyyarənin radarlardan itdiyini təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]