Rusiyada koronavirusa yoluxanların sayı 45 nəfərə çatıb
Moskva, 13 mart, AZƏRTAC
Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə operativ qərargahdan məlumat veriblər. Xəstələrin 42-si Rusiya vətəndaşı, iki nəfər Çin, bir nəfər İtaliya vətəndaşıdır. Yeni aşkar olunan xəstələr son 2 həftə ərzində İtaliya, Fransa və Avstriyada olublar. Onlardan biri xəstə adamla ünsiyyət nəticəsində yoluxub. Virusa yeni yoluxanlardan beşi Moskvada, biri Moskva vilayətində, üç nəfər Sankt-Peterburqda, bir nəfər Leninqrad vilayətində, bir nəfər Permdə qeydə alınıb.
Moskvada virusa yoluxanlardan biri yeniyetmə qızdır. Hazırda xəstəxanaya yerləşdirilən qızın martın əvvəllərində məktəbdə olduğu bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]