Rusiyada sabiq və fəaliyyətdə olan prezidentlərin yenidən bu vəzifəyə seçilmək hüququ məhdudlaşdırılmayacaq
Moskva, 10 mart, AZƏRTAC
Rusiya Dövlət Duması Konstitusiyaya sabiq və fəaliyyətdə olan prezidentlərə bu vəzifəyə yenidən seçilmək hüququnun məhdudlaşdırılmaması barədə dəyişikliklər haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, deputat Valentina Tereşkova Rusiyanın fəaliyyətdə olan və keçmiş prezidentlərinə əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan bu vəzifəyə namizədliklərini yenidən irəli sürmək hüququ verən qanun layihəsi təqdim edib. Parlament bu düzəlişi təsdiqləyib.
Qeyd edək ki, martın 10-da Dövlət Duması Rusiya Prezidentinin təqdim etdiyi Konstitusiyaya dəyişikliklər haqqında qanun layihəsini qəbul edib. Sənədin lehinə 382 deputat səs verib, 44 deputat bitərəf qalıb.
Xatırladaq ki, Rusiyada Konstitusiyaya dəyişikliklərə dair ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]