RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARIN PROBLEMLƏRİ LOKAL ŞƏKİLDƏ HƏLL OLUNUR
Bu sözləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Dövlət Komitəsinin sədri bildirmişdir ki, Rusiyada yaşayan soydaşlarımızla bağlı problem həmişə mövcud olmuş və qarşıya çıxdıqca həll edilmişdir. Rusiyada miqrasiya haqqında yeni qanun qəbul olunduqdan sonra Komitənin işçiləri mütəmadi iş aparmış, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən qonşu ölkənin müxtəlif bölgələrinə, şəhərlərinə səfərlər edərək həmin ərizələrdə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanmışlar. Qonşu ölkənin dövlət və hökumət rəsmiləri ilə birgə görülmüş tədbirlər nəticəsində problem öz həllini tapmışdır. İndi də qarşıya çıxan hər bir problem lokal şəkildə həll edilir. N.İbrahimov demişdir ki, güman edirəm ki, azərbaycanlıların Rusiyada bizi narahat edəcək formada heç bir ciddi problemi yoxdur və heç zaman da olmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]