RUSİYALI FUTBOLÇULAR QƏRB FUTBOLÇULARINDAN DAHA TEZ YORULURLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya alimlərinin fikrincə, rusiyalı futbolçular Qərb ulduzları ilə müqayisədə xeyli tez yorulurlar ki, bu da oksigenlə bağlıdır.
Moskva Elmi-Praktik İdman Təbabəti Mərkəzinin direktoru Zurab Orconikidze bildirmişdir ki, Rusiya mütəxəssisləri gərgin iş şəraitində müxtəlif rusiyalı və xarici futbolçuların necə nəfəs aldıqlarını müqayisə etmişlər. Bu zaman əvvəlcə tənəffüsün oksigen qəbulundan asılı olan aerob gücü adlanan göstərici qiymətləndirilmişdir. Oksigen qəbulu nə qədər çox olsa, orqanizmdə maddələr bir o qədər intensiv həzm olunub enerjiyə çevrilir. İkinci göstərici isə qaz mübadiləsinin hansı gərginlikdə pozulduğunu göstərən anaerob mübadilənin həddidir.
Məlum olmuşdur ki, 2004-cü ilin Rusiya çempionatında ən yüksək yerləri tutan komandaların oyunçularının oksigen qəbulu çəkinin bir kiloqramına dəqiqədə təxminən 49 millilitr, autsayderlərdə isə 45 millilitr olmuşdur. Halbuki, İngiltərənin ən yaxşı komandalarının futbolçularnda çəkinin hər kiloqramına görə oksigen qəbulu dəqiqədə təxminən 67 millilitrdir. Autsayderlərdə ikinci göstərici - anaerob tənəffüs həddi də aşağı olmuşdur.
Beləliklə, alimlər Rusiya məşqçilərinə daha çox oksigen sərf edən oyunçuları seçməyi məsləhət görürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]