Rusiyalı həkimlərə “Apple” avadanlıqlarından istifadə qadağan edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Rusiyada dövlət xəstəxanalarının əməkdaşlarına “Apple” avadanlıqlarından istifadə etmək qadağan edilib. Həkimlərə yerli və ya Çin istehsalı olan avadanlıqlara keçmək təklif olunub.
AZƏRTAC “news.ru”ya istinadla xəbər verir ki, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb.
Məhdudiyyətlər indiyədək yalnız Moskva və Sankt-Peterburqdakı xəstəxanalara şamil edilib.
Kanalın məlumatına görə, işçilər öz hesablarına yeni telefonlar almalıdırlar. Eyni zamanda, bir sıra xəstəxanalarda bu qadağa ilə yanaşı, əməliyyat zamanı GPS və “Bluetooth”u yandırmamaq da tövsiyə olunur.
Əvvəllər Müdafiə və Elm Nazirliyinin əməkdaşlarına da “Apple” texnologiyasından istifadə etmək qadağan olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]