Rusiyalılar iri banklarda kredit limitlərinin azaldılmasından şikayətlənməyə başlayıblar
Bakı, 23 sentyabr, AZƏRTAC
Rusiyanın iri bankları kütləvi şəkildə kredit kartı limitlərini azaltmağa başlayıb.
AZƏRTAC “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, müştərilər məhdudiyyətlərin qəfildən, əvvəlcədən xəbərdarlıq edilmədən və izahat verilmədən tətbiq olunmasından şikayətlənir. Bəzi hallarda limitlərin dəyişməsinin ardından kartlar bloklanıb, bankın bütün şərtlərinə əməl edilməsinə baxmayaraq, hətta gündəlik xərclərin də ödənilməsinə maneə yaranıb.
Banklar limitin azaldılmasını maliyyə göstəricilərinin balanslaşdırılması və ehtiyatların - müştərilər tərəfindən faktiki istifadə olunmayan vəsaitlərin azaldılması zərurəti ilə izah ediblər. “Freedom Finance Global”ın analitiki Vladimir Çernovun sözlərinə görə, bu, vaxtı keçmiş borcların artması fonunda vəsait çatışmazlığı riskini azaltmaq üçün edilir.
Maliyyə Savadlılığının İnkişafına Yardım Assosiasiyasının baş direktoru Elman Mehdiyev izah edib ki, belə borcalanlar mahiyyət etibarı ilə bankın vəsaitlərindən pulsuz istifadə edirlər, banklar isə orta illik 14% faiz dərəcəsi ilə bazara vəsait cəlb edərək etibarlı müştəriləri iqtisadi cəhətdən zərərə uğradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]