Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Berlin, 12 sentyabr, AZƏRTAC
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev rus dronlarının Polşanın hava məkanını pozması ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə XİN-in X hesabında məlumat verilib.
“Rusiya dronlarının NATO hava məkanında olması Putinin təhlükəli və qəbuledilməz addımıdır. Buna görə də bu gün Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. NATO isə ittifaq ərazimizi və təhlükəsizliyimizi qorumaq üçün birlikdə möhkəm dayanıb”, - deyə Almaniya XİN-in açıqlamasında bildirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Almaniyadan əvvəl İspaniya, Çexiya və Niderland da oxşar addımlar atıblar.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]