RUSİYANIN BİR ÇOX ŞƏHƏRİNDƏ XOCALI FACİƏSİNİN İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Moskva, 28 fevral (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru Eldar Quliyev bildirmişdir ki, konqres Xocalı faciəsinin 17-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirmişdir.
ÜAK-ın nümayəndələri Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi və gənclər təşkilatları tərəfindən təşkil olunmuş tədbirdə (orada “Xocalıya ədalət” kampaniyası start götürmüşdür), ölkəmizin səfirliyindəki matəm mərasimində iştirak etmişlər. E.Quliyevin dediyinə görə, Rusiyanın müxtəlif şəhərlərində - Sankt-Peterburq, Yekaterinburq, Samara, Kaluqa, Tula, Ufa, Novosibirsk, Ulan-Ude və Xabarovskda, habelə həmyerlərimizin yaşadıqları və ÜAK-ın regional bölmələrinin fəaliyyət göstərdiyi digər regionlarda da irimiqyaslı tədbirlər keçirilmişdir. E. Quliyev vurğulamışdır ki, xatirə tədbirlərinin, xüsusən, Xocalı faciəsinin ildönümü kimi tədbirin keçirilməsi Konqresin əsas vəzifələrindən biridir. O demişdir: “Bizim məqsədimiz dünya birliyinin diqqətini bu faciəyə cəlb etməkdir. Bu qətliam hüquqi və mənəvi qiymətini almalıdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]