Rusiyanın BRICS ölkələri ilə ticarət dövriyyəsi 230 milyard dolları ötüb
Bakı, 23 avqust, AZƏRTAC
Rusiyanın BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri ilə ticarət dövriyyəsi artıq 230 milyard dollardan çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS Biznes Forumunun iştirakçılarına videomüraciətində bildirib.
“BRICS tərəfdaşları ilə ticarət dövriyyəmiz 40,5 faiz artaraq rekord həddə çatıb və 230 milyard dolları ötüb. Dövriyyə bu ilin birinci yarısında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 35,6 faiz artaraq 134,7 milyard dollar təşkil edib”, -deyə V.Putin söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]