Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub
Moskva, 25 noyabr, AZƏRTAC
Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” kömür mədənində baş verən qəza nəticəsində insan tələfatı ilə əlaqədar üç günlük matəm elan olunub.
AZƏRTAC xəbər verir ki, son məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 35 nəfərin taleyi məlum deyil.
Rusiya Prezidenti Vladimir Putin serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşündə bildirib ki, mədəndə vəziyyət yaxşılığa doğru dəyişmir, xilasedicilərin həyatı üçün təhlükə var. V.Putin qeyd edib ki, hazırda hadisə yerində lazımi qərarlar qəbul olunur. Dövlət başçısı daha çox insanı xilas etmək mümkün olacağına ümid bəslədiyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]