Rusiyanın Primorye diyarında federal səviyyəli fövqəladə vəziyyət elan olunub
Moskva, 25 avqust, AZƏRTAC
Rusiyanın Primorye diyarında daşqınla bağlı federal səviyyəli fövqəladə vəziyyət elan olunub.
AZƏRTAC xəbər verir ki, güclü leysan nəticəsində diyarın mərkəzi şəhəri Vladivostokda və digər yaşayış məntəqələrində 5 mindən çox ev, yollar və təsərrüfatlar su altında qalıb. İlkin hesablamalara görə, diyara 7 milyard rubldan çox ziyan dəyib. Primoryenin qubernatoru Oleq Kojemyako təbii fəlakətlə əlaqədar təhsil müəssisələrinə dərs ilinin başlanğıcını daha uyğun vaxta keçirməyi tapşırıb.
Qeyd edək ki, avqustun 15-dən Primorsk diyarı “Xanun” qasırğası səbəbindən daşqınlara məruz qalıb, 5 nəfər həlak olub, 2500-dən çox adam təxliyə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]