Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri Birinci Avropa Oyunlarının açılışı haqqında

Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri Birinci Avropa Oyunlarının açılışı haqqında

Moskva, 22 iyun, AZƏRTAC

Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri AZƏRTAC-a müsahibələrində birinci Avropa Oyunlarının açılış mərasimi və Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti barədə təəssüratlarından danışıblar.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Bakıda Avropa Oyunlarının təşkilinə, Azərbaycanın idmançıları və qonaqları necə qəbul etdiyinə heyran qaldığını bildirib. Onun fikrincə, bu idman hadisəsi Azərbaycanın iri beynəlxalq tədbirləri təşkil etmək imkanını, bacarığını və məharətini bir daha vurğulayıb. MDBMİ-nin rektoru deyib: “Biz “Eurovision” müsabiqəsini yaxşı xatırlayırıq. O da böyük heyranlıq doğurmuşdu. Rusiya-Azərbaycan münasibətlərinin daha dinamik inkişaf etməsi üçün bütün şərtlər var və maraqlarımız üst-üstə düşür. Ən başlıcası isə vahid mədəni kodumuz var. Biz uzun illər bir yerdə yaşamışıq və özümüzü doğma insanlar kimi hiss edirik. Hər birimizin Azərbaycanda və Rusiyada çoxlu dostları var. Əminəm ki, münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edəcək”.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviç vurğulayıb: “Bakıda birinci Avropa Oyunlarının açılışı möhtəşəm bayram olub. Oyunlar böyük müvəffəqiyyətlə keçir. Rusiya idmançıları hələlik irəlidədirlər. Azərbaycanlı dostlarımız idmanın bir çox növlərində uğurla rəqabət aparırlar. Hamınızı gözəl idman bayramı münasibətilə təbrik edirəm. Rusiya-Azərbaycan münasibətləri həm siyasi, həm də iqtisadi sahələrdə çox yüksək səviyyədədir. Zənnimcə, yaxın vaxtlarda biz hər iki ölkənin bütün potensialını reallaşdıra biləcəyik”.

İnquşetiyanın rəhbəri Yunusbek Yevkurov: “Əvvəlcə inquş xalqı adından və şəxsən öz adımdan qardaş Azərbaycan xalqına və görkəmli lideriniz İlham Heydər oğlu Əliyevə ən xoş arzularımızı çatdırmaq istəyirəm. Mən Avropa Oyunlarının açılışında iştirak edən adamlarla söhbət etmişəm. Deməliyəm ki, onlar bu tədbiri son dərəcə yüksək qiymətləndiriblər. Mən buna şübhə etmirdim, başqa cür ola da bilməzdi, çünki Azərbaycan postsovet məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və ölkənizin necə inkişaf etdiyini görmüşəm. Gözəl diyarınıza uğurlar və firavanlıq arzu edirəm”.

RF-nin rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov deyib: “Bakıda birinci Avropa Oyunlarının açılışı dünya idmanında yeni mərhələdir. Arzu edirəm ki, bu cür tədbirlər ölkənizdə tez-tez keçirilsin, çünki belə tədbirlər həqiqətən əlamətdar hadisədir, cəmiyyət, dünya birliyi tərəfindən müsbət qəbul olunur. Rusiya ilə Azərbaycan rabitə sahəsində əsasını qoyduqları regional birlik məkanında fəal əməkdaşlıq edirlər. Rabitənin coğrafi məhdudiyyəti yoxdur. Buna görə də biz mehriban qonşuluq rejimində transsərhəd qərarlar qəbul etməyə, yerüstü, kosmik məsələləri, tezliklərdən istifadə məsələlərini razılaşdırmalı oluruq. Biz qarşılıqlı anlaşma ruhunda işləyirik. Dekabr ayında Bakıda “Bakutel” sərgisi keçiriləcək. Ümidvaram ki, Rusiya şirkətlərinin təmsil olunacağı həmin sərgiyə mən də qatılacağam”.

Rusiyanın təbii sərvətlər və ekologiya naziri Sergey Donskoy: “Mən Bakıda birinci Avropa Oyunlarının keçirilməsini çox müsbət qiymətləndirirəm. Avropanın bütün ölkələrinin Oyunlarda iştirak etməsi artıq müsbət nəticədir. Azərbaycanla əməkdaşlıq Rusiyanın siyasətində mühüm beynəlxalq istiqamətdir. Hesab edirəm ki, inkişafda olan idman əməkdaşlığına hərtərəfli dəstək göstərməliyik”.

TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman: “Mən beş Olimpiya Oyunlarının açılışında olmuşam. Buna görə də Bakıdakı Oyunların açılışına xüsusi maraq və həyəcanla tamaşa etdim. Mən idman bayramının siması olan açılış mərasiminin fərəhləndirici olması, ölkəmiz Azərbaycanın cəlbedici və parlaq obrazının canlanması üçün Təşkilat Komitəsinin bu Oyunlara necə hazırlaşdığını, bunun üçün nə qədər güc, enerji və yaradıcılıq sərf etdiyini bilirəm. Mənə belə gəlir ki, bütün bunlar lazımi səviyyədə yerinə yetirildi. Bu mərasimi hazırlayan hər kəs, ilk növbədə Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fəxr edə bilərlər. Tamaşaçıların aldığı müsbət enerji heç vaxt unudulmayacaq”.

Rusiyanın təhsil və elm naziri Dmitri Livanov: “Çox parlaq açılış mərasimi idi. Azərbaycan qonaqları ənənəvi qonaqpərvərliklə qəbul edir və buna görə çox sağ olsun. Rusiyalı idmançıların uğuru çox sevindirir. Onların arasında çoxlu tələbə var. Komanda qayıdandan sonra onlarla görüşməyi və uğurları münasibətilə təbrik etməyi planlaşdırıram. Rusiya ilə Azərbaycanı ənənəvi səmimi münasibətlər bağlayır. Bizim orta məktəb, ali məktəb, elmi institutlar səviyyəsində çoxlu ikitərəfli əlaqələrimiz var. Biz bu əlaqələri dəstəkləyirik. Hesab edirəm ki, ölkələrimizin elm və təhsil sahəsində əməkdaşlığının böyük gələcəyi var. Şadıq ki, bizim aparıcı institutlarımız Azərbaycan üçün maraq doğurur. Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı uğurla fəaliyyət göstərir. Tezliklə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı açılacaq. Biz Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycandakı fəaliyyətinə bundan sonra da dəstək göstərəcəyik. Azərbaycanlı tələbələri də Rusiyanın universitet mərkəzlərində görməyə şadıq”.

Rusiyalı dirijor, Xalq Artisti Valeri Gergiyev: “Birinci Avropa Oyunlarının çox gözəl səviyyədə təşkilinə görə Azərbaycanın bütün sakinlərini təbrik edirəm. Həm Rusiya, həm də Azərbaycan idmançıları gözəl çıxış edirlər. Bakı dünyanın idman paytaxtlarından biri olub. Sonuncu dəfə Bakıda 2008-ci ildə böyük Azərbaycan bəstəkarı, dostum Arif Məlikovun yubileyində olmuşam. Ümidvaram ki, ən yaxın zamanda Mariya Teatrı və Anna Netrepko ilə birlikdə Azərbaycanın paytaxtına qastrola gələcəyik”.

Ulyanov vilayətinin qubernatoru Sergey Morozov: “Mən Avropa Oyunlarının açılışına böyük maraqla tamaşa etdim. Yarışlara televiziya ilə baxıram. Etiraf edim ki, Oyunların açılışına gəlib baxmaq imkanımın olmamasına görə təəssüflənirəm. Amma Ulyanovskda idman tədbirlərinin təşkili ilə məşğul olan bütün məmurların bu Oyunların açılışına ustad dərs kimi baxmalarını təşkil etmişəm. Azərbaycanlılar gözəl xalqdır, onlar birinci olmağa layiqdirlər. Mən sizinlə fəxr edirəm və ümidvaram ki, avqustda ailəmlə birlikdə Bakıya gəlib, Olimpiya obyektlərini əyani görə biləcəyəm”.

Fəridə Abdullayeva

AZƏRTAC -ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu