RUSİYANIN TOPDAN VƏ PƏRAKƏNDƏ SATIŞ BAZARLARINDA TİCARƏTİN NORMATİV BAZASI HAZIRLANIR
RF XİN-ə ölkənin hüdudlarından kənarda yaşayan Rusiya vətəndaşlarına xarici pasportların verilməsini qaydaya salan normativ hüquqi akt layihəsi hazırlamaq tapşırılmışdır.
Səhiyyə və Sosial İnkişaf Nazirliyi peşəsindən, ixtisasından və gəldiyi ölkədən asılı olaraq, əcnəbi işçilərin Rusiya iqtisadiyyatının müxtəlif sahələrində yol verilən payını müəyyənləşdirən normativ hüquqi akt layihəsi hazırlamalıdır.
Rusiya DİN-ə əlaqədar idarələrlə birlikdə RF ərazisində əmək fəaliyyətinə əcnəbi işçilərin cəlb olunması qaydasını, habelə ölkəyə viza ilə gələn şəxslərin burada qalması müddətini müəyyənləşdirmək haqqında sənədlərin layihəsini hazırlamaq həvalə olunmuşdur.
Rusiya hökumətinin tapşırığı Prezident V.Putinin 2006-cı il 5 oktyabr tarixli göstərişini yerinə yetirmək üçün verilmişdir. Mahiyyətcə həmin sənədlər milli təhlükəsizliyin gücləndirilməsinə, ölkədə əmək ehtiyatlarının optimal tarazlığının dəstəklənməsinə, habelə Rusiya vətəndaşlarının işlə ilk növbədə təmin olunmasına kömək göstərməlidir.