Rusiyanın vergi orqanları müştərilərin bank hesablarına nəzarəti gücləndirəcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Hökumətin təklifi ilə yaxın 3 ildə Rusiya Federal Vergi Xidməti (FVX) bank müştərilərinin hesablarına genişləndirilmiş giriş əldə edəcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “2021-ci ildə və planlaşdırılmış 2022-2023-cü illər ərzində büdcə və vergi siyasətinin əsas istiqamətləri”ni hökumət artıq Dumaya təqdim edib. Sənədə əsasən, FVX müştərilərin bank hesablarına daha yaxşı nəzarət edə bilmək, eləcə də xarici dövlətin səlahiyyətli orqanlarının sorğusu ilə informasiya əldə etmək üçün daha böyük imkanlar əldə edəcək.
Sənəddə qeyd olunub: “Bu addımın atılması vicdanlı vergiödəyicilərinin maraqlarına toxunmadan vergidən yayınmaya, cinayət yolu ilə gəlirlərin əldə edilməsinə və pulların ölkədən qanunsuz yollarla çıxarılmasına qarşı mübarizə aparmağa, ümumilikdə iqtisadiyyatın “ağardılmasına” kömək edəcək”.
Bundan əlavə, hökumət Rusiya Mərkəzi Bankı ilə FVX arasında məlumat mübadiləsinin hüquqi müstəvidə təmin olunmasını təklif edib. Bununla Mərkəzi Bank vergi sirri sayılan məlumatları, vergi orqanları isə bank sirri hesab olunan məlumatları əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]