Ruslan Marçinkiv: Turizmin inkişafı üçün Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlıyıq
İvano-Frankovsk, 4 may, AZƏRTAC
Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilib. Biz turizmin inkişafı üçün Azərbaycanla birgə layihələr həyata keçirməkdə maraqlıyıq.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında İvano-Frankovsk şəhər Administrasiyasının meri Ruslan Marçinkiv deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ukrayna arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir.
“Düşünürəm ki, iqtisadiyyatın ən gəlirli sahələrdən biri olan turizmin daha da inkişafı üçün yeni layihələr üzərində işləmək labüddür”, - deyə mer əlavə edib.
R.Marçinkiv bildirib ki, Azərbaycan bölgədə nüfuzlu dövlətdir və bir sıra beynəlxalq layihələrin müəllifidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İvano-Frankovsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]