SAATLIDA 9 MİN HEKTAR SAHƏDƏ TAXIL ƏKİLMİŞDİR
Saatlının torpaq mülkiyyətçiləri 9 min hektar sahədə taxıl əkini aparmışlar. Səpində məşhur seleksiyaçı alim, akademik Cəlal Əliyevin yetişdirdiyi "Nurlu", "Bərəkətli", "Qılçıqsız" və bir sıra digər buğda növlərindən geniş istifadə olunur. Hər gün 400-450 hektar sahədə səpin aparılır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yerli baza təsərrüfatları torpaq mülkiyyətçilərinə 10 min tona yaxın elit buğda toxumları satmışlar. Əkin sahələrinin ümumi həcminin 16 min hektara çatdırılması nəzərdə tutulur.