Saatlıda rabitə müəssisələrinin xidmət həcmi artıb
Saatlı, 22 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda 2023-сü ilin altı ayı ərzində rabitə müəssisələri tərəfindən, müəssisə və təşkilatlara, həmçinin əhaliyə göstərilən xidmətlərin ƏDV-siz faktiki qiymətlərlə dəyəri 443,5 min manat olub.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rabitə müəssisələri tərəfindən göstərilən xidmət ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,4 min manat və ya müqayisəli qiymətlərlə 14,6 faiz çox olub. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin ƏDV-siz faktiki qiymətlərlə dəyəri isə 373,7 min manat olub ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,9 min manat artım deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]