Saatlıda şəhid ailələrinə yardım göstərilmişdir
Saatlı, 20 yanvar (AZƏRTAC). Saatlı şəhərinin Heydər Əliyev prospektində ucaldılmış “Şəhidlər” abidə-kompleksinin önündə 20 Yanvar - ümumxalq hüzn günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, yaşlı nəslin nümayəndələri və gənclər, müharibə və əmək veteranları abidə önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Şəhidlərin ruhuna dualar oxunmuş, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mərasim rayon icra hakimiyyətində davam etmişdir.
Tədbirdə çıxış edənlər 23 il əvvəl SSRİ rəhbərliyi tərəfindən Bakı şəhərində törədilmiş qanlı faciədən söhbət açmış, Qanlı Yanvar hadisələrinə siyasi və hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.
Tədbirin sonunda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə maddi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]