Sabah Belarusun paytaxtında blits və rapid üzrə Avropa şahmat çempionatı başlayacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 18-də Belarusun paytaxtı Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı başlayacaq.
AZƏRTAC xəbər verir ki, turnirdə 668 şahmatçı, o cümlədən 78 qrossmeyster iştirak edəcək. Azərbaycan 16 şahmatçı, o cümlədən qrossmeysterlər Rauf Məmmədov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, habelə Rasim Əliyev, Rüstəm Bünyadov, Elnur Əliyev, Elmar Atakişiyev, Murad İbrahimli, Rəvan Əliyev, Altay və Atilla Eynullayevlər və başqaları ilə təmsil olunacaq.
Birinci gün blits oyununda, ikinci gün isə rapid üzrə qitənin ən güclü şahmatçıları müəyyən olunacaq.
Birinciliyin ümumi mükafat fondu 30 min avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]