Sabah bölgələrdə dumanlı hava gözlənilir
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 26-31° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Gecə 12-17°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Gecə 12-17°, gündüz 24-29° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 28-31° isti, dağlarda gecə 10-15°, gündüz 24-28° isti təşkil edəcək.