“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb
Bakı, 27 iyul, AZƏRTAC
“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-ni səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub.
Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.
“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3) xal qazandıra bilməyib.
Son beş mövsümdəki ümumi xallarının sayı 15,000-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.
Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.
Baş tutan qarşılaşmalar Yunanıstan, Finlandiya, Latviya, Malta və Şimali İrlandiyanın irəliləməsinə, İsveç, İrlandiya, Lixtenşteyn, Ermənistan, Lüksemburq, Monteneqro və Andorranın isə geriləməsinə səbəb olub.
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]