“Sabah” klubu mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb
Bakı, 28 iyun, AZƏRTAC
Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək Bakının “Sabah” klubu ilk əcnəbi transferini reallaşdırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Sabah” mərakeşli müdafiəçi Sofian Çakla ilə ikiillik müqavilə imzalayıb. İyirmi doqquz yaşlı futbolçu Bakı təmsilçinin heyətində 44 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Exido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisinin heyətində 4 oyun keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]