Sabah paytaxtda 33, bəzi bölgələrdə isə 37 dərəcə isti olacaq
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-33°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 25-26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Havanın temperaturunun gecə 20-23°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək.