“SABAH” qruplarında distant təhsil davam etdirilir
Bakı, 18 dekabr, AZƏRTAC
Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsi məqsədilə 2020-2021-ci tədris ilinin payız semestrində Təhsil Nazirliyinin “SABAH” qruplarında tədris prosesi distant formada təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırda “SABAH” qruplarında ümumilikdə 2400-dən çox tələbə və 600-ə yaxın müəllimin qoşulduğu distant təhsil platformasında tədris aparılır. Tələbələrin dərsə davamiyyətinin orta göstəricisi 95 faiz təşkil edir. “SABAH” qruplarında mövcud olan 32 ixtisasdan 28-i üzrə bütün fənlər, mədəniyyət və incəsənət yönümlü ixtisaslarda bütün nəzəri və bir çox mümkün praktik fənlər “Microsoft Teams” platforması vasitəsilə onlayn keçirilir.
“Microsoft Teams” onlayn mühazirə, seminar, interaktiv müzakirə, qiymətləndirmənin aparılması üçün daha təkmil imkanlar yaradır, həmçinin dərslərin videoyazılarının yaddaşda saxlanılmasının mümkünlüyü tələbələrə ehtiyac yarandıqda məlumatı təkrar dinləmək üçün şərait yaratmış olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]