“SABAH” qruplarının magistratura səviyyəsi üzrə müəllim qəbulu yekunlaşır
Bakı, 26 iyul, AZƏRTAC
“SABAH” qruplarının magistratura səviyyəsində 2023-2024-cü tədris ilinin payız semestri üçün müəllim qəbulu yekunlaşır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında müxtəlif fənlər üzrə saathesabı qaydada işə dəvət olunurlar.
Müraciətlər iyulun 27-si saat 23:59-dək qəbul olunacaq.
Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları və müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər.
Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə daxil olmaqla “Tədbirlər və elanlar” bölməsindən əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]