“SABAH” qrupunun tələbələri tamaşa hazırlayıblar
Bakı, 21 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupu tələbələrinin M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” pyesi əsasında hazırladıqları birhissəli tamaşa nümayiş olunub.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, Əməkdar Artist Nofəl Vəliyevin rejissoru olduğu tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, dinamika, aydın səhnə danışığı, geyimlər və dekorasiyanın bir-birini tamamlaması maraqla qarşılanıb.
Tamaşanın hazırlanmasında “SABAH” Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyovanın, səhnə danışığı üzrə dosent Nadir Hüseynovun və plastik həll üzrə rejissor Ruslan İsmayılovun xüsusi əməyi olub.