Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Cənubi Qafqazın üç ölkəsi bir-birini gücləndirəcək yolları, rəqabətqabiliyyətli sahələri və klasterləri müəyyənləşdirməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş xarici işlər və müdafiə naziri Gela Bezhuaşvili CAMCA Regional Forumunda çıxışı zamanı deyib.
“Başlanğıc üçün üstünlüklərimizi, bir-birimizi gücləndirə biləcəyimiz güclü tərəflərimizi müəyyən edəcək bir işçi qrupu yaratmalıyıq. Bu işçi qrupu yalnız hökumətdən ibarət olmamalıdır. Mən dövlət-özəl tərəfdaşlığına inanıram. Bunun mexanizminə gəlincə, indiki geopolitik şəraitdə Azərbaycanın bu prosesə rəhbərlik etməyə hazır olduğunu düşünürəm. Bu işçi qrupu aparıcı beynəlxalq konsaltinq institutları tərəfindən idarə olunmalıdır”, - deyə Gela Bezhuaşvili vurğulayıb.