SABİRABADDA ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN EV TİKİLƏCƏK
Bu il Sabirabadda dövlət vəsaiti hesabına şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli yeni ev tikiləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihə-smeta sənədləri hazırlanmış, torpaq sahəsi ayrılmış, icraçı təşkilatı müəyyənləşdirmək üçün tender elan edilmişdir. Rayonda bu məqsədlə inşa olunan daha bir evin - 24 mənzilli binanın tikintisi də yekunlaşmaq üzrədir.