Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sağlamlığınız üçün Azərbaycana gəlin!

Bakı, 8 iyun, AZƏRTAC 

Azərbaycan təbiətin səxavətlə bəxş etdiyi sərvətlərə malik və bir çox insanın sağlamlığını bərpa etmək üçün tez-tez səyahət etdiyi ölkələrdən biridir. Respublikada kurort zonalarının infrastrukturu sürətlə inkişaf edir, istənilən zövqə və tələbata uyğun otel və pansionatlar tikilir. Ölkədə bir çox mineral bulaqlar var ki, kimyəvi tərkibindən asılı olaraq onlardan bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, Qalaaltı bulağının suyu böyrək xəstəliklərinin, Masallının termal suyu isə bir çox xəstəliyin müalicəsində faydalıdır. Azərbaycanın daha bir müalicəvi sərvəti təbii duzdur. Naxçıvanda müasir sanatoriyanın fəaliyyət göstərdiyi Duzdağın şöhrəti hər yerə yayılıb.

Qalaaltı - daşı əridən su

Bakının 120 kilometrliyində, Şabran rayonunda dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən “Qalaaltı” müalicə-istirahət kompleksi ötən əsrdən fəaliyyət göstərməyə başlayıb. 1969-cu ildə Qalaaltının dağətrafı meşələrində müalicəvi mineral su mənbələri aşkar edilib və onların yaxınlığında tez bir zamanda ümumittifaq əhəmiyyətli istirahət məkanına çevrilən sanatoriya tikilib. Kompleksdə əsas müalicəvi amil unikal sudur. Bu, tərkibində zəngin hidrokarbonat və natrium-kalsiumun, habelə Naftusya tipli orqanik maddələrin olması ilə Ukraynanın Truskavets kurortunun suyundan da üstündür.

Hazırda “Qalaaltı” müasir müalicə-istirahət kompleksi ilə köhnə sovet sanatoriyası arasında heç bir bənzərlik yoxdur. Burada dəyişməyən isə şöhrəti artmaqda davam edən həmin unikal sudur.

Naftusya mineral suyunun müalicəvi xüsusiyyətləri çoxdan məlumdur - mənbələrdə onun faydası barədə ilk dəfə 1578-ci ildə bəhs olunub. Adından da məlum olduğu kimi, bu, bütün dünyada tərkibində neft mənşəli orqanik maddələrin bol olduğu yeganə müalicəvi sudur. Meşədə böyük ehtiyatlara malik yeddi su mənbəyi aşkar edilib. Suyun debiti dəqiqədə 10 min litrdən çoxdur. Bu yataqlardakı Naftusya sözügedən bölgədəki suyun müalicəvi xüsusiyyətlərinin əsas göstəricisi olan orqanik maddələrlə zəngindir. Qalaaltı suyundakı orqanik maddələrin təkrarolunmaz təbii kompleksi, bir çox ölkələrdən olan həkim-uroloqların da qəbul etdiyi kimi, onu dünyada yeganə müalicəvi mineral suya çevirib.

Qalaaltı suyunu bilavasitə bulaqdan içmək olar, çünki tərkibindəki uçan orqanik maddələr səbəbindən onu saxlamaq və daşımaq mümkün deyil. Ən müasir avadanlıqla təchiz edilmiş “Qalaaltı” müalicə-diaqnostika mərkəzində yerli kurortologiya və fizioterapiyanın ən yeni texnologiyalarının dünya səhiyyəsinin ən yaxşı nailiyyətləri ilə vəhdəti mövcuddur.

Müxtəlif formalı böyrəkdaşı, qastroentoloji xəstəliklərin müalicəsində Qalaaltı suyu olduqca faydalıdır. Sanatoriyanın dəhlizində divardan asılmış və bu suyun qeyri-adi təsiri sayəsində pasiyentlərin böyrək və mədəaltı vəzilərindən çıxarılmış duz və daşların toplandığı sınaq şüşələrini görmək olar.

İmmunoloji təsiri sayəsində Qalaaltı suyu orqanizmin müdafiə gücünü bərpa edir, orqanlarda və toxumalarda iltihab prosesinin aradan qalxmasına, mübadilə məhsulları və toksik maddələrin çıxmasına kömək edir və bununla orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını alır.

Kompleksdə qonaqların asudə vaxtını səmərəli keçirmələri üçün beşulduzlu dəbdəbəli otel də var. O, dəniz səviyyəsindən 1232 metr yüksəklikdə IV-VI əsrlərdə ucaldılmış, vaxtilə möhtəşəm və alınmaz olan qədim Cıraqqalanın xarabalıqları üzərində, qaya altındakı dağ meşələrinin qoynunda tikilib.

Masallı - qaynar müalicə

Azərbaycanın daha bir bölgəsi - Masallı qədim vaxtlardan öz müalicəvi suları ilə tanınır. Onların ən məşhuru isə İstisudur. Bu termal bulaq dəniz səviyyəsindən 1650 metr yüksəklikdə Dəmbəlov dağının yamaclarında, Viləşçayın sahilində bir neçə mənbədən çıxır. Əsrlərboyu insanlar bu bulağın suyunu min bir dərdin dərmanı hesab ediblər.

1960-cı ildə həkim-alim Mir Kazım Aslanlı-Sarəng bu suyun tərkibində hidrogen sulfit, kalsium, natrium xlor, hidrokarbonat maqnezium, yod (hər litrdə 30 milliqram) olduğunu müəyyən edib. Su yerin təkindən 90-250 metr dərinlikdən isti halda (69 dərəcəyə yaxın) çıxır. Ondan revmatizm, radikulit, dəri, böyrək, sidik yolları və digər xəstəliklərin müalicəsində istifadə olunur. Müalicə həkim diaqnozu və nəzarəti ilə aparılmalı, bir kursu 10-15 müalicə vannasından ibarət olmalıdır.

Mir Kazım Aslanlı-Sarəngin kəşfi böyük maraq doğurdu. Dövlət tərəfindən İstisu bulağına Sovet İttifaqının müvafiq klinikaları və aparıcı elmi mərkəzlərindən on iki alim dəvət olundu və onlar da Aslanlı-Sarəngin rəylərini təsdiqlədilər. 1971-ci ildə müalicəvi bulaq ümumittifaq əhəmiyyətli müalicə-kurort statusu aldı və intensiv istifadə olunmağa başlandı.

Hazırda “Fatimeyi-Zəhra” sanatoriyası adlanan bu şəfa ocağında bütün prosedurlar həkim nəzarəti altında aparılır. Buraya gələn hər kəsə qoyulmuş diaqnozun və keçiriləcək prosedurların göstərildiyi sanatoriya-kurort kitabçası verilir. Sanatoriyada mükəmməl müalicə olunmaqla yanaşı, yaxşı istirahət etmək də mümkündür. Məsələn, Viləşçayın sularında insanın bütün yorğunluğu çıxar. Çayın bir hissəsində termal bulağın suları daşların üzərinə tökülür və çayın soyuq suyuna qarışaraq, bir növ, təbii termal vannalar meydana gətirir. Çayda üzən xırda diribaş balıqlar istirahət edənlərin dərisində açıq yerləri çimdikləyir. Onların dəri xəstəliklərinin müalicəsinə kömək etdiyi hesab olunur.

Çayın digər hissəsinin yaxınlığında “Mədə” adlı təbii şəfa suyu var. Adından da göründüyü kimi, bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Maraqlıdır ki, burada hər daşın altında zərərsiz kiçik yengəclər də var.

İstisu bulağının yaxınlığında, Yanar dağın ətəyində daha bir sanatoriya var. Həqiqətən, zirvəyə aparan qayalıqdakı dar pillələrlə qalxdığınız zaman qarşınızda heyrətamiz mənzərə canlanır: torpağın altından alov yüksəlir. Onlar əsrlərcə yığılıb qalmış təbii qazların yanması nəticəsində meydana gəlir.

Lakin möcüzənin şahidi olmaq üçün çox uzaqlara getmək lazım gəlmir: aşağıda, sanatoriyada istirahət edənləri ondan da az heyrətamiz olmayan Yanar bulaq gözləyir. Onun da yaranması qazlarla bağlıdır və alovlar termal su ilə yerin səthinə çıxır. Qırmızı alov dilləri sanki kükürd mənbəyinin üzərində əbədi rəqs edir. Bu bulaqda suyun hərarəti qonşu “Fatmeyi-Zəhra” sanatoriyasında olduğundan yüksəkdir və 76 dərəcəyə çatır. Suyu əvvəlcədən çənlərə doldurur və insan bədəni üçün normal olan 34-36 dərəcəyədək soyudur, sonra otel otaqlarında vannalara və hovuzlara verirlər.

Yanar bulağın suyu sulfidlər, kalsium, natrium, xlor və birləşmələri, yod, maqnezium, metan və digər elementlərlə zəngindir. Bu elementlər orqanizmə müsbət təsir göstərir və hipertoniya, qaraciyər və öd kisəsi yolları, artrit və digər xəstəliklərin müalicəsində istifadə olunur.

Naxçıvan - sinə dolusu nəfəs alın

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, planetimizin sakinlərinin 15 milyona yaxını bronxial astmadan əziyyət çəkir. Bir çox xəstəliklərin, o cümlədən astmanın müalicəsi duz mədənlərində speleoterapiya (yunancadan “spelain” - mağara deməkdir) yolu ilə daha səmərəli aparılır. Bu cür şaxtalar Polşadakı Krakov şəhəri, Ukraynadakı Solotvino qəsəbəsi, Ujqorod və Naxçıvanda mövcuddur.

Naxçıvanın rəmzlərindən biri olan 90 milyon tona yaxın olan duz ehtiyatları ilə zəngin Duzdağ müalicəvi əhəmiyyətə də malikdir. Burada istirahət və müalicəyə gələnlər üçün hər cür şərait yaradılıb. Xüsusilə, öz oteli və fizioterapiya mərkəzi olan “Duzdağ” kompleksi bu ərazidə yerləşir.

Mərkəzin müalicəxanası yeraltı və yerüstü olmaqla iki hissədən ibarətdir. Biri “Duzdağ” oteli, digəri isə dağın altındakı girişdən 300 metr dərinlikdə olan duz mədənidir. Oteldə palatalar, kafelər, TV salonu və kitabxanalar yerləşir.

Xəstələrin müalicəsi tibb personalının nəzarəti altında həyata keçirilir. Yeraltı müalicəxanada bütün yaşlardan olan insanlar müalicə ala bilərlər. Uşaqlar burada 8 gün, böyüklər isə 16 gün qalırlar. Şaxtaların allergik təsiri yoxdur, çünki burada ilin bütün fəsillərində temperatur 18,5-20 dərəcə arasında dəyişir. Odur ki, burada müalicə ilboyu aparılır. Müalicə kursları başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə edilir.

Gündüz vaxtlarında otelin rahat otaqlarında istirahət edə bilərsiniz. Akvapark, açıq və örtülü hovuzlar, basketbol, futbol meydançaları, tennis kortları və idman-əyləncə mərkəzləri sizin xidmətinizdə olacaq.

Qeyd edək ki, Naxçıvan duzu dəniz duzundan fərqlənir. Əsl Naxçıvan duzu ekoloji cəhətdən təmizdir, tərkibində ağır minerallar yoxdur və şəfalıdır. Bu duzun tərkibində olan maqnezium ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi üçün də faydalıdır.

Duzdağ mədəninin istismarına təxminən eramızdan əvvəl III minillikdə başlanılıb. Bu diyarda indiyədək duzun əl üsulu ilə çıxarıldığı və atlara yükləndiyi qədim şaxtalar qalıb. Duzdağda duzun sənaye üsulu ilə çıxarılmasına 1927-ci ildən başlanılıb. Hazırda burada qazma üsulu ilə illik duz istehsalı 6-8 ton təşkil edir. Emal edilən duz kristal və doğranmış formalarda satılır. Sexlərdə bir ton doğranmış duzun tərkibinə qalxanvarı vəzi xəstəliklərinin profilaktikası üçün 66 qram yod əlavə olunur.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb